ABŞ-dan İraqa sürpriz ziyarǝt

ABŞ Dövlət Departamentinin rəsmisi Devid Hale İraqa gözlənməyən səfər reallaşdırdı.

1326596
ABŞ-dan İraqa sürpriz ziyarǝt

İraq prezident administrasiyasından yayılan məlumata görə, amerikalı rəsmi Hale Bağdada səfəri çərçivəsində prezident Berhem Salehin qəbulunda olub.

Bildirilib ki, ikitərəfli münasibətlər və əməkdaşlığın gücləndirilməsi başda olmaqla regional və beynəlxalq məsələlərin müzakirə edildiyi danışıqlarda Hale ABŞ-ın İraqda güvən və sabitliyə dəstək verdiyini, ölkədə sülh və azadlığın hökm sürməsini, daxili məsələlərin milli qərarlarla həllini arzuladığını deyib. Hale daha sonra Baş nazir Adil Abdulmehdi ilə görüşüb.

Qeyd edək ki, Halenin ziyarətinin İraqda etiraz aksiyalarının davam etdiyi və yeni baş nazirin təyin edildiyi bir dövrdə reallaşdığına diqqət çəkilir.



Әlaqәli Xәbәrlәr