Qlobal Forumda 7,7 milyard dollar beynəlxalq yardım vədi

Qaçqınlar üzrə birinci Qlobal Forumda 7,7 milyard dollar beynəlxalq yardım vədi verildi.

1326233
Qlobal Forumda 7,7 milyard dollar beynəlxalq yardım vədi

Qaçqınlar üzrə birinci Qlobal Forumda 7,7 milyard dollar beynəlxalq yardım vədi verildi.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Türkiyənin də həmsədr olduğu Qaçqınlar üzrə birinci Qlobal Forumda edilən ilk analizlərin 7,7 milyard dollar yardım vədi verildiyini bildirib.  

İsveçrədəki BMT-nin Cenevrə Ofisində dekabrın 17-də start götürən və Türkiyə ilə yanaşı Pakistan, Kosta Rika, Efiopiya və Almaniyanın bərabər hüquqlu sədrlik etdiyi forum başa çatıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasında bildirilib ki, Dünya Bankı qrupu tərəfindən qaçqınlar və onlara  ev sahibliyi edən ölkələrdə xüsusi sektorun dəstəklənməsi və yeni iş imkanlarının yaradılması üçün 4,7 milyardan çox yardım vəd edildi. İnter Amerikan İnkişaf Bankı 1 milyard dollar ved edib. Bunlardan əlavə müxtəlif ölkə və foruma qatılan digər tərəfdaşlar qaçqınlara və ev sahili topluluqlara 2 milyard dollardan çox maliyyə dəstəyi vədi verib. 

Dünya miqyasında 25,9 milyon qaçqın olduğu vurğulanan açıqlamada “Xüsusi sektor təzyiqlə ev-eşiyindən edilmiş insanlar üçün indiqədək olan ən geniş dairəli vədi verdi” ifadəsi işlədilib. 

Açıqlamaya görə, beləliklə forumdaki cəmi qrant miqdarı 7,7 milyard dolları keçib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və İsveçrənin ev sahibliyində 17-18 dekabrda keçirilən forumda prezident Rəcəb Tayyib Ərdoğan, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin dəvətilə həmsədr olaraq iştirak etdi.



Әlaqәli Xәbәrlәr