Pərviz Müşərrəfə edam hökmü çıxaran məhkəmə əsaslandırılmış qərarı açıqladı

Pakistanda prezident Pərviz Müşərrəfə edam hökmü çıxaran xüsusi məhkəmə açıqladığı əsaslandırılmış qərarında “ Şübhəli konstitusiyanı təxirə salaraq heç bir qanunu əsası olmadan özünün vəzifə müddətini uzatmışdır” ifadələrini işlədib.

1326382

Xüsusi məhkəmənin 169 səhifəlik əsaslandırılmış qərarında Müşərrəfin 2007-ci ildə konstitusiyanı təxirə salıb, fövqəladə vəziyyət elan etməsinin qanunlara zidd olduğu və qanuni əsası ollmadan özünün prezidentlik müddətini öz təsdiqilə uzatdığı bildirilib.

Səs çoxluğu qəbul edilən qərarda Müşərrəfə özünü müdafiə etməsi üçün kifayət qədər fürsət verildiyi vurğulanıb.

Qərarda "Şübhəlinin məhkəməyə getməkdən imtina etməsi, məhkəmədən qaçmaq və bu cinayəti təxirə salmaq istəməsi günah işarəsi əlamətidir. Təqsirləndirilən şəxs xəstəliyi və təhlükəsizliyini irəli sürərək məhkəməyə gedə bilməyəcəyini müdafiə etmişdir"  deyə bildirilib.

Bu cinayətlərin bir başına işlənə bilməyəcəyi, orduda olan bəzi səlahiyyətlilərin də Müşərrəf qədər günahkar olduqları bildirildi.

Məhkəmə Müşərrəfə apellyasiya şikayəti vermək üçün 30 gün vaxt verib.

Müşərrəf müalicə üçün getdiyi 2016-cı ildən bəri Dubayda yaşayır.

Әlaqәli Xәbәrlәr