Mahmud Abbas seçki mәsәlәsini qiymәtlәndirib

Fәlәstin dövlәt başçısı Mahmud Abbas bildirib ki, İsrail Qüsdә yaşayan  fәlәstinlәrin sәs vermәlәrinә icazә vermәsә seçkilәr keçirilmәyәcәk.

1326155
Mahmud Abbas seçki mәsәlәsini qiymәtlәndirib

 

Fәlәstin dövlәt başçısı Mahmud Abbas bildirib ki, İsrail Qüsdә yaşayan  fәlәstinlәrin sәs vermәlәrinә icazә vermәsә seçkilәr keçirilmәyәcәk.

İordan çayının qәrb sahilinin Ramalah şәhәrindә keçirilәn toplantıda açılış nitqi ilә çıxış edәn Mahmud Abbas deyib: ‘‘Seçkilәrin keçirilmәsi mövzusunda ciddiyik vә buna inanırıq. 2006-cı ildәn etibarәn seçkilәr keçirilmәdi’’.

Seçkilәrin İordan çayının qәrb sahili, Qәzza vә Qüdsdә keçirilmәsinin әhәmiyyәtini vurğulayan Mahmud Abbas deyib: ‘‘İsrail Qüsdә yaşayan  fәlәstinlәrin sәs vermәlәrinә icazә vermәsә seçkilәr keçirilmәyәcәk. Heçkim bizә tәzyiq göstәrә bilmәyәcәk. Biz tәzyiqlәri qәbul etmәrik’’.

Qeyd edәk ki, İsrail 1996-cı ildә olduğu kimi 2005 vә 2006-cı illәrdә Fәlәstinin keçirdiyi seçkilәrdә beynәlxalq tәzyiqlәr sәbәbindәn Qüdsdәki fәlәstinlilәrin seçkilәrdә iştirak etmәsinә icazә vermişdi.



Әlaqәli Xәbәrlәr