Latviya, Estoniya və Finlandiya birgə brotexnika almağa hazırlaşır

Latviyanın Müdafiə Nazirliyi LETA agentliyinə açıqlama verib ki...

1325868
Latviya, Estoniya və Finlandiya birgə brotexnika almağa hazırlaşır

 

  Latviya, Estoniya və Finlandiya, gələcəkdə piyada qoşunlarının daşınması üçün yüksək mobil brotexnika alacaq.

  Latviyanın Müdafiə naziri Artis Pabriks, Estoniyanın Müdafiə naziri Yuri Luyk və Finlandiyanın Müdafiə Nazirliyinin daimi katibi Yuka Yuusti Tallində niyyət məktubu imzalayıblar. Məktubda bu kimi nəqliyyat vasitələrinin alınması məsələsinin birgə araşdırılmasına başlanılmasından bəhs olunur.

  Latviyanın Müdafiə Nazirliyi LETA agentliyinə açıqlama verib ki, hər üç ölkənin silahlı qüvvələrinin ehtiyaclarını mümkün qədər dəqiq qiymətləndirmək və əlaqələndirmək üçün bu məsələ ilə bağlı məsləhətləşmələr aparmaq lazımdır.

 

 Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr