Britaniyalı nazirlər Davosda keçiriləcək Dünya İqtisadi Forumuna qatılmayacaqlar

Bu barәdә İngiltәrәnin Daily Mail qәzetinin yaydığı xәbәrdә bildirilib.

1325632
Britaniyalı nazirlər Davosda keçiriləcək Dünya İqtisadi Forumuna qatılmayacaqlar

 

Böyük Britaniyanın Baş Naziri Boris Conson nazirlərin gələn ay Davosda keçiriləcək Dünya İqtisadi Forumuna qatılmasını qadağan edib.

Bu barәdә İngiltәrәnin Daily Mail qәzetinin yaydığı xәbәrdә bildirilib. Qeyd olunub ki, Baş nazir fikirlərini İngiltərə xalqının prioritetləri üzərində cəmləşdirmək istəyir.

Conson məqsədinin  İngiltərənin  yanvarın  ayında  Avropa İttifaqından çıxmaq olduğunu bildirib. O, seçki zamanı verilən vədlərin yerinə yetirilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu 2020-ci ilin yanvarında Davosda keçiriləcək. Foruma bir çox ölkənin lideri iştirak edir.



Әlaqәli Xәbәrlәr