Kömür mədənində baş verən partlayış 14 nəfərin ölümünə səbəb oldu

Çində kömür mədənində baş verən partlayış 14 nəfərin ölümünə səbəb olub.

1324499
Kömür mədənində baş verən partlayış 14 nəfərin ölümünə səbəb oldu

 

  Çinin Quycou vilayətində kömür mədənində baş verən partlayış 14 nəfərin ölümünə səbəb olub.

  Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, hadisə Anlon qəzasında yerli vaxtla gecə saat 01:30 radələrində baş verib. Bu zaman mədəndə 23 şaxtaçı olub. Xilasedicilər mədəndən 7 nəfəri sağ çıxara biliblər, 14 adamın isə meyiti tapılıb.

  Hazırda qalan iki nəfərin axtarış işləri davam etdirilir.



Әlaqәli Xәbәrlәr