Netanyahu 100 nəfəri partiyasından çıxardı, çünki...
“Jerusalem Post” qəzetindəki xəbərə görə...
1324252
İsrailin baş naziri Binyamin Netanyahu prezident seçkilərinə az qalmış sədri olduğu Likud Partiyasından əleyhinə olan 100 nəfəri üzvlükdən çıxardı.
“Jerusalem Post” qəzetindəki xəbərə görə, 26 dekabrda prezident seçkilərinə gedəcək Likud Partiyasının onlarla üzvünə partiyadan xaric edildiklərinə dair yazılı sənəd göndərilib. Partiyadan çıxarılan üzvlərin sayı 100-dür və bunlar Netanyahu əleyhdarlarıdır.
Likud Partiyası İntizam Komissiyasının sədri Maykl Klayner (Michael Kleiner) partiya üzvlüyündən çıxarılan adamların ümumi seçkilərdə Likuda səs vermədiyini bildirib.
Qeyd edək ki, partiyadan çıxarılan üzvlər "sui-istifadə və koalisiya qurmaqda uğursuz" olduğu üçün Netanyahunu tənqid edənlərdir.