BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq ictimaiyyəti tənqid etdi

BMT-nin baş katibi Antonio Quterreş İspaniyanın paytaxtı Madriddə keçirilən İqlim dəyişmələri problemlərinə həsr edilmiş COP25 sammitinin nəticələrinin məyusluq doğurduğunu bildirib.

1323824

Baş katib verdiyi yazılı açıqlamada beynəlxalq ictimaiyyəti iqlim dəyişmələrinin təsirlərini azaltmaq, uyğunlaşmaq və mübarizə üçün lazım olan maliyyənin təmin edilməsində kifayət səviyyədə istəkli olmadığına görə tənqid edib.  

Quterreş 2050-ci ilə qədər elmin ifadə etdiyi sıfır karbon tullantısı və qlobal istiləşmə artımının 1,5 dərəcədə saxlama hədəfinə çatılması üçün bütün ölkələrin vədlərini yerinə yetirmələri barədə daha qətiyyətli cəhd göstərəcəyini vurğulayıb.

Qeyd edək ki, Madridin ev sahibliyi etdiyi COP25-in iki gün ləngidilən yekun bəyannaməsi dekabrın 15-də gözləntilərə cavab verməyən qərarlarla elan edildi.

Yekun bəyannamə iqlim dəyişikliyi zirvəsinin 25 illik keçmişində ən uzun müddətdə yayımlanan bəyannamə kimi tarixdə öz yerini aldı.

Milli maraqlarına uyğun iqlim dəyişikliyinə qarşı mübarizədə fərqli yanaşmalara malik olan ölkələr qlobal karbon tullantıları, ətraf mühitin bütövlüyü və maliyyələşmə mövzularındakı nəzər ziddiyyətlərini aradan qaldıra bilmədilər.

26-cı BMT İqlim dəyişmələri problemlərinə həsr edilən COP25  sammiti gələcək il Şotlandiyanın Qlasqov şəhərində keçiriləcək.  

Әlaqәli Xәbәrlәr