“Sarı jiletlilər”in nümayişləri 57-ci həftəsində

Ölkənin müxtəlif şəhərlərində də nümayişlər təşkil olunub.

1323392
“Sarı jiletlilər”in nümayişləri 57-ci həftəsində

 

  Fransada ölkə başçısı Emmanuel Makron rəhbərliyinin siyasətlərinə etiraz bildirmək üçün davam edən “Sarı jiletlilər”in nümayişləri 57-ci həftəsinə girdi.

  Maye yanacaq qiymətlərinin artırılması və pis iqtisadi şərtlərə reaksiya olaraq başlayan, daha sonra Makron rəhbərliyinə qarşı mitinqlərə çevrilən “Sarı jiletlilər” hərəkatı 57-ci həftəsindədir.

  Fəallar dekabrın 14-də Parisin Estien-dOrv (Estienne-d'Orves) meydanından paytaxtın şəhərətraflarından Le Defensə (La Defense) qədər yürüyüb. Təxminən 300 adamın iştirak etdiyi və ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü nümayişdə bir nəfər nəzarətə alınıb.

  Nantdakı (Nantes) nümayişçilərsə şəhər mərkəzindəki bir ticarət mərkəzini qısamüddətli işğal edib.

  Ölkənin müxtəlif şəhərlərində də nümayişlər təşkil olunub.

  Polis paytaxtın mərkəzi küçə və meydanları olan Yelisey (Champs-Elysees) prospekti, Notr-Dam (Notre-Dame) kilsəsi, Parlament binası və Yelisey (Elysee) Sarayı ətrafında mitinqlərə yasaq qoyub.

  Qeyd edək ki, “Sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən başlayıb. Mitiqnlər zamanı 11 nəfər həyatını itirib, 4250-dən artıq insan yaralanıb, 12.361-dən çoxu nəzarətə götürülüb və 3163 adama həbs cəzası verilib.



Әlaqәli Xәbәrlәr