Yəmən sərhədi yaxınlığında 3 səudiyyəli hərbçi öldürülüb

Bu barәdә Sәudiyyә Әrәbistanının rәsmi SPA agentliyi mәlumat yayıb.

1323156
Yəmən sərhədi yaxınlığında 3 səudiyyəli hərbçi öldürülüb

 

 

Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddində 3 səudiyyəli hərbçi öldürülüb.

Bu barәdә Sәudiyyә Әrәbistanının rәsmi SPA agentliyi mәlumat yayıb.

Mәlumatda qeyd olunub ki,  hərbi qulluqçular  ölkənin cənubunda yerləşən Cizan bölgəsində öldürülüb.
Səudiyyə hakimiyyəti hərbi qulluqçuların ölüm səbəbləri barədə məlumat verməyib.

Mәlumatda  cәnub cәbhәsindә indiyәdәk 10 hәrbçinin hәlak olduğu bildirilir.

Qeyd edәk ki, İran tәrәfindәn dәstәklәnәn Husilәr Sәudiyyә Әrәbistanının cәnubundakı Nәcran vә Cizan bölgәlәrinә ağır zәrbәlәr endirir.

Yәmәnin paytaxtı Sәna bә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn Husilәrin nәzarәtindәdir. Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә Husilәrlә mübarizә çәrçivәsindә 2015-ci ilin mart ayından etibarәn Yәmәn hökumәtinә dәstәk verir.

 



Әlaqәli Xәbәrlәr