Nəhayət, Fransa hökuməti ölkədə mübahisə yaradan təqaüd islahatını açıqladı

Fransanın baş naziri Eduard Filip (Edouard Philippe) ölkədə mübahisə yaradan təqaüd islahatı ilə bağlı açıqlama verdi...

1322059
Nəhayət, Fransa hökuməti ölkədə mübahisə yaradan təqaüd islahatını açıqladı

 

  Fransanın baş naziri Eduard Filip (Edouard Philippe) ölkədə mübahisə yaradan təqaüd islahatı ilə bağlı açıqlama verdi.

  Mətbuat konfransında çıxış edən baş nazir sözügedən mövzu ilə bağlı bildirib:

  “Təqaüd islahatı 22 yanvarda Nazirlər Kabinetinə təqdim ediləcək. Fevral ayının sonunda parlamentdə müzakirə olunacaq.

  Təqaüd sistemi artıq vahid bir nizama salınacaq. Müxtəlif sektorlar, imtiyazlar və 42 təqaüd növü məsələlərinə yenidən baxılacaq və bunların çoxu yavaş-yavaş (peyderpey) aradan qaldırılacaq.

  Ağır şərtlərdə çalışanlar 2 il erkən təqaüdə çıxa biləcək. Polis, jandarma və xilasedicilərə aid olan qaydalar qorunacaq.

  Təqaüdçü maaşı ən az min avro olacaq, yaşı isə 62 olaraq qalacaq. Ancaq işçilər tam təqaüd maaşını almaq üçün 64 yaşını gözləməli və ya çalışmalıdır. Bütün bunlar 1975-ci ilə qədər doğulanlara aid deyil.

  Təqaüd islahatı 2022-ci ildə həyata keçiriləcək”.



Әlaqәli Xәbәrlәr