Nigeriyada hәrbi düşәrgәyә hücum edilib

Bu barәdә yerli mәtbuat orqanları mәlumat yayıb.

1321735
Nigeriyada hәrbi düşәrgәyә hücum edilib

 

Nigeriyanın qәrbindә hәrbi düşәrgәyә tәşkil edilәn hücum nәticәsindә 3 hәrbçi vә 13 tәcavüzkar ölüb.

Bu barәdә yerli mәtbuat orqanları mәlumat yayıb. Nigeriya Müdafiә Nazirliyinin verdiyi açıqlamada  ölkәnin qәrbindәki Tahoua bölgәsindә silahlı şәxslәrin hәrbi düşәrgәyә hücum etdiyi bildirilib.

Hücum zamanı baş verәn qarşıdurma nәticәsindә üç hәrbçinin hәlak olduğu, dörd hәrbçinin dә yaralandığı vurğulanıb.

Mәlumatda 13 tәcavüzkarın zәrәrsizlәşdirildiyi, çox sayda tәcavüzkarın da yaralandığı ifadә edilib.

Ordudan verilәn mәlumatda isә hücumdan sonra tәcavüzkarlara mәxsus çox sayda silah vә sursatın әlә keçirildiyi bildirilib. Bölgәdә әmәliyyatın keçirildiyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr