ABŞ-ın Nyu-Cersi ştatında atışma olub, ölәnlәr var

Bu barədə yerli polis mәlumat yayıb.

1321322
ABŞ-ın Nyu-Cersi ştatında atışma olub, ölәnlәr var

 

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərinin küçələrində törədilən atışma nəticəsində beş nəfər və bir polis həyatını itirib.

Bu barədə yerli polis mәlumat yayıb.

Hüquq mühafizə orqanlarındakı mənbənin məlumatına görə, insident cinayət işini araşdıran polisin şübhəli bilinən şəxslərdən birinin izinə düşməsi və onlar tərəfindən atəşə tutulmasından başlayıb.

Atışma zamanı bir polis әmәkdaşı, iki tәcavüzkar vә üç mülki vәtәndaş olmaqla altı nәfәr hәlak olub. Bölgәdә tәhlükәsizlik tәdbirlәri güclәndirilib.

Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp da axşam saatlarında şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada bu ifadәlәrә yer verib: ‘‘Cersi-Siti şəhərindә törәdilәn hücumla  bağlı mәni mәlumatlandırdılar.Bölgәdәki vәziyyәti yaxından tәqib edirik’’.

Qeyd edәk ki, faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr