ABŞ-a mәxsus hәrbi bazanın yaxınlığında partlayış olub, xәsarәt alanlar var

Amerika Birlәşmiş Ştatlarının Әfqanıstanın paytaxtı Kabildәki hәrbi bazası yaxınlığında minalanmış avtomobil ilә törәdilәn terror aktı nәticәsindә 50 nәfәr xәsarәt alıb.

1321301

Bu barәdә Parvan vilayәtinin rәsmisi Abdul Şükür Kuddusi mәlumat verib. O, verdiyi açıqlamada tәcavüzkarın minalanmış avtomobil ilә hәrbi baza yaxınlığındakı xәstәxananı hәdәf aldığını vurğulayıb.

Hücumda ilkin mәlumatlara görә 50 nәfәrin yaralandığını deyәn Kuddusi partlayış nәticәsindә çox sayda tikiliyә ciddi ziyan dәydiyini qeyd edib.

Şahidlәr partlayışdan sonra qarşıdurmanın yaşandığını ifadә ediblәr.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Әlaqәli Xәbәrlәr