Liviyada minalanmış avtomobil ilә hücum törәdilib

Liviyanın paytaxtı Tripolinin qәrbindәki Zaviyә şәhәrindә minalanmış avtomobil ilә törәdilәn hücum nәticәsindә yoldan keçәn bәzi mülki vәtәndaşlar xәsarәt alıb.

1321007

Milli Hәmrәylik Hökumәtinә tabe olan Milli Tәhlükәsizlik Xidmәtinin rәsmi internet sәhifәsindәn verilәn mәlumata görә, Zaviyә şәhәrindә minalanmış avtomobil ilә terror aktı hәyata keçirilib.

Hücum nәticәsindә bir neçә adamın xәsarәt aldığı vә әtrafdakı tikililәrә ziyan dәydiyi bildirilib.

Açıqlamada hәmçinin tәcavüzkarların mәqsәdinin şәhәrdәki tәhlükәsizlik mühitini pozmaq olduğu vurğulanıb.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Etiketlәr: #hücum , #Tripoli , #Liviya

Әlaqәli Xәbәrlәr