Parisdə ümumi tətil və nümayişlər davam edir

Nəqliyyat həmkarlar təşkilatlarının bəziləri tətili dekabrın 31-dək davam etdirəcəklərini bildiriblər.

1320291
Parisdə ümumi tətil və nümayişlər davam edir

 

  Fransada xüsusi təqaüd rejimlərinin ləğv olunmasına görə etiraz tətili və nümayişləri davam edir.

  Etiraz tətilinin 5-ci günü dəmir yolu sahəsində qatar sürücülərinin 77,3 faizi işə çıxmayıb. Parisdə regional ekspres dəmir yol şəbəkəsi (RER) və metro qatarlarının 15 faizinin işlədiyi bildirilib.

  Hökumət dekabrın 11-də yeni təqaüd islahatları layihəsinin tam mətnini açıqlayacağı ilə bağlı məlumat yayıb. Ölkədə həmkarlar təşkilatları insanları dekabrın 10-da yenidən ümumi tətil və nümayişə çağıraraq həmin günün həlledici olduğunu elan edib. Nəqliyyat həmkarlar təşkilatlarının bəziləri tətili dekabrın 31-dək davam etdirəcəklərini bildiriblər.



Әlaqәli Xәbәrlәr