"Kim Çen İn düşmən kimi rəftar etsə itirəcək çox şeyi olar", D.Tramp

ABŞ prezidenti Donald Trapm Şimali Koreya lideri Kim Çen İnin düşmən kimi rəftar etməsi nəticəsində itirəcək çox şeyi olduğunu bildirib.

1319791
"Kim Çen İn düşmən kimi rəftar etsə itirəcək çox şeyi olar", D.Tramp

ABŞ prezidenti Donald Trapm Şimali Koreya lideri Kim Çen İnin düşmən kimi rəftar etməsi nəticəsində itirəcək çox şeyi olduğunu bildirib.

Tramp Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kin Sonqun nüvə silahlardan təmizlənmə maddəsinin artıq müzakirə masasında olmadığı barədəki açıqlamasına reaksiya göstərib.

Tramp şəxsi “twitter” hesabında yazıb ki, Kim Çen İn çox ağıllıdır və onun itirməyə nəyi isə var, əgər o, düşmən obrazı ilə hərəkət etsə, ümumiyyətlə hər şeyi itirəcək. O, mənimlə nüvəsizləşmə haqqında razılaşmanı imzalayıb. O, ABŞ prezidenti ilə münasibətləri sıfıra endirmək və ya noyabrda prezident seçkilərinə qarışmaq istəmir.

Dekabrın 7-də Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp “Əlaqəmiz çox yaxşıdır, amma biraz düşmənçilik olduğuna şübhə yoxdur” deyə söyləmişdi.

Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq verdiyi açıqlamada “Hazırda ABŞ ilə uzun müzakirələrə ehtiyac yoxdur və nüvə silahlardan təmizlənmə mövzusu əsasən müzakirə masasından kənara çıxıb” ifadələrini işlətmiş, ABŞ-ın müzakirələrdəki məqsədinin prezident Trampın 2020-ci ildəki seçkilər üçün zaman qazandırma manevri olduğunu irəli sürmüşdü.



Әlaqәli Xәbәrlәr