Danimarkada  keçirilməsi  planlaşdırılan NATO konfransı ləğv edildi

Danimarkada NATO-nun yaranmasının ildönümünü münasibətiylə keçirilməsi planlaşdırılan tədbir, ABŞ-ın veto etməsinə görə ləğv edildi.

1319804
Danimarkada  keçirilməsi  planlaşdırılan NATO konfransı ləğv edildi

ABŞ Veto qərarına, konfransda prezident Donald Tramp əleyhdarı birininin məruzəçi kimi iştirak edəcəyini göstərdi.

Danimarka Atlantik Şurasının baş katibi Lars Bangert Struwe mövzu ilə bağlı açıqlama verib. O: “10 Dekabrda paytaxt Kopenhagendə təşkil edilməsi planlaşdırılan konfrans ləğv edildi. Atlantik şurası mənsubu olan Stanley Sloanın Tramp müxalifi olduğu hər kəs üçün məlumdur. Bu bir sirr deyil, sosial medianı izləyənlərin hamısının bundan xəbəri vardır. Stanley Sloanın konfransda obyektiv çıxış edəcəyinə inamımız tamdı. Bu səbəbdən Sloanın tədbirdə çıxış edəcək olanlar arasında iştirak etməsini xahiş etdik. Lakin ABŞ-ın Kopenhagendəki səfiri Carla Sands, Sloanı Tramp müxalifi olduğunu səbəb göstə veto etməsi qarşısında konfransın ləğv edilməsi qərarına gəlindi”-deyə Struwe vurğulayıb.

ABŞ-ın Kopenhagendəki səfirliyi isə konfransın təşkilatçıları arasında olan səfirlik və Danimarkanın Atlantik Şurası ilə konfransda daha ətraflı perspektiv sahibi olanların çıxış etmələri mövzusunda razılaşdıqlarını, ancaq son anda Stanley Sloanın da çıxış edəcək olanların arasına daxil edildiyini, bunun isə ortaq qərar qaydalarına zidd olduğunu bildirib.

 



Әlaqәli Xәbәrlәr