Beynəlxalq qüvvələrin Tripoliyə girmə planının qarşısı alındı

Liviyada beynəlxalq səviyyədə tanınan Milli Həmrəylik Hökuməti beynəlxalq qüvvələrin dekabrın 6-da Tripoliyə girmə planının puça çıxarıldığını açıqladı.

1319982

Milli Həmrəylik Hökumətinə bağlı qüvvələrin sözçüsü Məhəmməd Qanunu verdiyi açıqlamada general Xəlifə Hafteri dəstəkləyən xarici qüvvələrə işarə edərək, bir neçə gün əvvəl beynəlxalq qüvvələrin dekabrın 6-da Tripoliyə girməyi planlaşdırdığını və planlarını “Cümə zəfəri” olaraq adlandırdıqları barədə məlumat əldə etdiklərini bildirib.

Bu məlumatlara ciddi diqqət yətirdiklərini, professional və hərbi cəhdlər ilə hücumun qarşısını aldıqlarını bildirən Qanunu silahlı təcavüzkarların qarşısını aldıqlarını və planlarını puça çıxardıqlarını vurğulayıb.

Əməliyatlar zamanı dekabrın 8-də bir qırıcının düşürüldüyünü qeyd edən Qanunu beləliklə Hafterə sadiq qüvvələrə məxsus düşürülən qırıcı sayının 15-ə çıxdığını deyib.

Әlaqәli Xәbәrlәr