Filippin prezidenti növbəti seçkilərə qatılmayacaq

Filippin prezidenti Rodriqo Duterte növbəti seçkilərə qatılmayacaq.

1319470
Filippin prezidenti növbəti seçkilərə qatılmayacaq

 

  Filippin prezidenti Rodriqo Duterte növbəti seçkilərə qatılmayacaq. Bu barədə “The Manila Times” qəzeti məlumat yayıb.

  Prezidentin sözlərini sitat gətirən qəzet yazır: “Növbəti prezident ölkənin Bikol regionundan seçiləcək. Sizin Coui Salseda ilə Fransis Eskudero arasında seçmək imkanınız olacaq”.

  Məlumat üçün bildirək ki, sabiq senator F.Eskudero hazırda Sorsoqon əyalətinin qubernatorudur. C.Salseda isə Filippin nümayəndələr palatasında Albay əyalətini təmsil edir.

  Növbəti seçkilərdə namizədləyini irəli sürməyəcəyini bildirən R.Duterte deyib ki, “Hazırda Davao şəhərinin meri olan qızı Sara Duterte-Karpio da seçkilərdə iştirak etmək istəmir”.



Әlaqәli Xәbәrlәr