ABŞ İranın, İran da ABŞ-ın adamını buraxdı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsi ilə İran arasında olan məhbus mübadiləsiylə əlaqədar: "Xaricdə səhvən həbs olunmuş bütün vətəndaşlarımızı evə qaytarmaq üçün səylərimizi artıqmaqda davam edəcəyik", - dedi.

1319551

  Etdiyi yazılı şərhində ABŞ prezidenti 2016-cı ildən bəri İranda məhbus olan “Princeton” universitetinin tələbəsi Siyue Vanın (Xiyue Wang) evinə dönəcəyini söyləyib və bu işdə vasitəçi olan İsveçrəyə təşəkkür edərək bildirib:

  "Amerika Birləşmiş Ştatlarının ən böyük prioriteti vətəndaşlarının təhlükəsizliyi və rifahıdır. Əsir tutulan amerikalıları azad etmək hökumətim üçün həyati bir əhəmiyyətə malikdir. Xaricdə səhvən həbs olunmuş bütün vətəndaşlarımızı evə qaytarmaq üçün səylərimizi artıqmaqda davam edəcəyik."

  ABŞ-ın dövlət katibi Mayk Pompeo da yazılı şərhində İran və digər ölkələrdə tutulan hər amerikalını sevdiklərinə qovuşdurana qədər çalışacaqlarını söyləyib.

  Qeyd edək ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif “twitter” hesabından paylaşdığı mesajında sanksiyaları pozduğu üçün 1 bir ildən çoxdur ABŞ-da məhbus olan İran alimi Məsud Süleymaninin azad edildiyini xəbər vermişdi. Onun buraxılmasıyla 2016-cı ildə casusluq üstündə tqəsirli bilinərək İranda həbs olunan, Çin əslli ABŞ vətəndaşı Siyue Van azad edilib, qısa zamanda ölkəsinə dönəcək.

Әlaqәli Xәbәrlәr