Paytaxt Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatdı

Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklənməsi yenidən "təhlükəli" səviyyəyə yüksəldi.

1318345
Paytaxt Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatdı

Hindistan mediasının Hava keyfiyyəti və Hava Proqnozu Araşdırma Sistemi (SAFAR) rəsmilərinə istinad etdiyi xəbərə görə, paytaxtın bəzi rayonlarında hava keyfiyyəti indeksi 400-dən çoxdur.

Mütəxəssislərə görə havanın çirklənmə seviyyəsində artıma səbəb olan faktlar arasında, hava istiliyinin azalması, rütubət nisbətinin artması və ərazidə mülayim küləyin hökm sürməsidir.

Bildirilib ki, Paytaxtdan savayı, Cahangirpuri, Rohini və Nehru Naqar ərazilərində də havanın keyfiyyət indeksi 400-ü ötərək təhlükəli seviyyəyə çatıb.

Xatırladaq ki, Hava keyfiyyəti indeksi təhlükəli seviyyəyə çatdığı üçün şagirdlərə maskalar paylandı və 1-5 noyabr tarixlərində paytaxt şəhərdə məktəblər tətil edildi.



Әlaqәli Xәbәrlәr