Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı görüşü

Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib ...

1318002
Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı görüşü

 

  Dekabrın 5 - 6 tarixlərində Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası keçirilir.

  Təşkilatda təmsil olunan 57 ölkədən 40-dan çox xarici işlər naziri iştirak edir. Toplantı Slovakiyanın quruma sədrliyi dövründə elan etdiyi “Əhali, dialoq və sabitlik naminə” devizi altında keçirilir.

  ATƏT-ə üzv və tərəfdaş ölkələrdən olan nazirlər, yüksək səviyyəli dövlət və hökumət nümayəndələri Avropada və dünyanın digər regionlarında təhlükəsizliyə çağırışları və mövcud problemləri müzakirə edirlər.

  Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib ki, bu iclas sədrlik dövründə qarşıya qoyulmuş hədəflərlə bağlı daha yaxşı əməkdaşlığa nail olmağa imkan yaradır. Bu hədəflər arasında münaqişələrin qarşısının alınması və nizamlanması, eləcə də onların əhaliyə təsirlərinin azaldılması, daha təhlükəsiz gələcəyin təmin olunması, eləcə də səmərəli multilateralizmin təşviq edilməsi yer alır.

  



Әlaqәli Xәbәrlәr