Xorvatiyada prezident seçkilǝrindǝ 12 namizǝd yarışacaq

Xorvatiyada 22 dekabrda keçirilmǝsi planlaşdırılan prezident seçkilərində 12 namizəd yarışacaq.

1317596
Xorvatiyada prezident seçkilǝrindǝ 12 namizǝd yarışacaq


Paytaxt Zaqrebdə Dövlət Seçki Komissiyasına müraciət edənlər arasında hazırkı prezident Kolinda Grabar Kitaroviç, keçmiş baş nazir Zoran Milanoviç və müğənni Miroslav Skoro da iştirak edir.

Dövlət Seçki Komissiyasından yayılan açıqlamada bildirilib ki, namizədlik üçün müraciətlər gecə saat 24-dǝ başa çatıb.

Açıqlamada qeyd edilib ki, prezident seçkilǝrindǝ yarışacaq namizǝdlǝrdǝn tǝlǝb olunan 10 min imza tǝhvil alındı. İmzalar iki gün ǝrzindǝ sayıldıqdan sonra namizǝdliklǝri qǝbul olanların adları konkret olaraq açıqlanacaq.

Xorvatiyada altıncı dǝfǝ keçirilǝcǝk prezident seçkisində, ilk turda heç bir namizədin 50 faizindən çox səs toplamadığı təqdirdə, 5 yanvar 2020-ci ildə ikinci tur keçiriləcək.

Aparılan sorğular hazırkı Prezident Kitaroviçin ǝn güclü namizǝd olduğunu, seçkilǝrin ilk turda nǝticǝlǝnmǝyǝcǝyini göstǝrir.



Әlaqәli Xәbәrlәr