BMT Tәhlükәsizlik Şurası Liviya ilә bağlı çağırış edib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Liviyadakı tərəflərә gərginliyi aradan qaldırmaları və atəşkəsin tәmin olunması  ilә bağlı çağırış edib.

BMT Təhlükəsizlik Şurasından verilәn açıqlamada  Liviyada yaşanan gәrginliyin narahatlıqlara sәbәb olduğu bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının  BMT-nin Liviyadakı xüsusi nümayəndəsi Qassan Selamenin Liviyadakı böhranın həll edilmәsi  ilә bağlı sәylәrini  dəstəklədiyi bildirilib. Açıqlamada  hәmçinin  Liviyadakı tərəflərә gərginliyi aradan qaldırmaları və atəşkəsin tәmin olunması  ilә bağlı çağırış edilib. Açıqlamada  bütün üzv dövlətlərә BMT-nin silah embarqosuna əməl etmәlәri ilә әlaqәdar çağırış edilib.

Qeyd edәk ki, beynәlxalq sәviyyәdә legitimliyi olan Liviya Milli Hәmrәylik Hökumәti ilә Xәlifә Hafterә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanıb.

Әlaqәli Xәbәrlәr