ABŞ Livana hərbi yardımların başladılmasına dair qərar qəbul etdi

Amerika Birləşmiş Ştatları oktyabr ayında Livana dayandırdığı 105 milyon dollarlıq hərbi yardımın yenidən bərpa edilməsinə dair qərar qəbul etdi.

ABŞ Livana hərbi yardımların başladılmasına dair qərar qəbul etdi

ABŞ Konqresindəki bəzi səlahiyyətlilər Prezident Donald Tramp rəhbərliyi tərəfindən qərar haqqında Konqres üzvlərinə məlumat verildiyi bildirilib. Yardımın hansı səbəbdən dayandırıldığına toxunulmayan açıqlamada Livan ordusunun ən qısa müddətdə yenidən yardım almağa başlayacağı vurğulanıb.

Xatırladaq ki, Tramp rəhbərliyi oktyabr ayında Livana nəzərdə tutulan 105 milyon dollarlıq hərbi yardımı heç bir səbəb göstərməyərək dayandırdıqlarını açıqladı. Konqres və pentaqondan yayılan açıqlamada Livanın İranın bölgədəki fəaliyyətlərinə və terrora qarşı mübarizədə əhəmiyyətli addımlar atdığı, yardımın dayandırılmasından Livan ordusunun mənfi təsirlənəcəyi ifadə edilərək qərardan sərt reaksiya göstərildi.

Respublikaçı Texas senatoru Ted Cruz və İsrail tərəfdarı digər senatorlar isə yardımların dayandırılması qərarına dəstək verdilər. Buna Livan rəhbərliyində Hizbullah tərəfdarlarının iştirakını səbəb göstərdilər.

 

 



Әlaqәli Xәbәrlәr