Mavriki parlamenti ölkənin yeni prezidentini seçdi

Mavriki parlament respublikasıdır.

Mavriki parlamenti ölkənin yeni prezidentini seçdi

 

  Hind okeanının cənub-qərbində yerləşən Mavriki ada dövlətinin parlamenti dekabrın 2-də səs çoxluğu ilə ölkənin yeni prezidentini seçib.

  France-Presse agentliyinin xəbərinə görə, bu postu 61 yaşlı Prithviracsinqh Rupun tutub. O, həmin postda 2018-ci ildə maliyyə qalmaqalı nəticəsində istefa verən ölkənin ilk qadın prezidenti Əminə Qərib-Fakimi əvəz edib.

  Mavriki parlament respublikasıdır. Prezidentin namizədliyi ölkənin Baş Naziri Pravind Caqnot tərəfindən irəli sürülüb. Caqnotun Mübariz Sosialist Hərəkat hakim partiyası noyabrın 7-də keçirilmiş seçkilərdə qələbə qazanaraq parlamentdə 62 yerdən 35-nə sahib olub.

  Mavrikinin yeni prezidenti Prithviracsinqh Rupun ixtisasca vəkildir. O, ilk dəfə 2000-ci ildə parlament üzvü seçilib. Müxtəlif illərdə regional özünüidarəetmə naziri, sosial inteqrasiya naziri, həmçinin incəsənət və mədəniyyət naziri vəzifələrində çalışıb.



Әlaqәli Xәbәrlәr