İsrailin müdafiə nazirinin təsdiqlədiyi yeni plan

İsrailin müdafiə naziri Naftali Bennett işğal altındakı İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərində yeni yəhudi məhəlləsinin qurulmasına dair layihənin başladılması ilə bağlı planı təsdiqləyib.

İsrailin müdafiə nazirinin təsdiqlədiyi yeni plan

İsrailin müdafiə naziri Naftali Bennett işğal altındakı İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərində yeni yəhudi məhəlləsinin qurulmasına dair layihənin başladılması ilə bağlı planı təsdiqləyib.

İsrailin “Kanal-13” televiziyasının məlumatına görə, İsrailin müdafiə naziri Bennettin planını təsdiqlədiyi məhəllə Əl-Xəlil şəhərinin mərkəzində, 1994-cü ildəki Əl-Xəlil qətliamından sonra İsrail tərəfindən bağlanan Əl-Cümlə (El-Hisbe) bazar yerində qurulacaq.

Xəbərdə layihənin həyata keçirilməsi üçün Əl-Hisbədəki fələstinlilərə məxsus 50-yə yaxın binanın yıxılacağı və fələstinli mülk sahiblərinin hüquqlarının “qorunaraq”  yerlərində yeni binaların inşa ediləcəyinə diqqət çəkilib. Bu məhəllənin qurulması ilə Əl-Xəlildəki Harəm-i İbrahimin ətrafındakı Yəhudi yaşayış məntəqələrinin coğrafi vahidliyinin təmin ediləcəyi qeyd edilib.

Harem-i İbrahimin də daxil olduğu Əl-Xəlil şəhərinin  Tarixi şəhər bölgəsində yaşayan fələstinlilər İsrail əsgərlərinin məhdudiyyətləri və radikal yəhudi sakinlərinin hücumları səbəbindən ağır şərtlər altında yaşamağa çalışırlar.

100-ə yaxın nəzarət məntəqəsinin olduğu şəhərdə Hərəm-i İbrahimin ətrafındakı yaşayış yerində 400-ə yaxın yəhudi məskunlaşır. İsrail qoşunları fələstinlilərə qarşı təzyiq və hədə-qorxu tətbiq etsələr də, məskunlaşanlar tez-tez bölgə xalqını narahat edir.

İşğal edilmiş Qüds şəhərindəki Məscidül-Əqsanın ətrafı kimi qəbul edilən Əl-Xəlil şəhərindəki Harem-i İbrahim Məkkədəki Məscidül-Həramdan və Mədinədəki Məscidül-Nəbəvi və Məscid-i Əqsadan sonra dördüncü məsciddir.



Әlaqәli Xәbәrlәr