Serbiya-Macarıstan sərhədində gizli tunellər aşkarlandı

Bu tunellər miqrantların Macarıstan sərhədini gizlicə keçməsi üçün istifadə olunurmuş...

Serbiya-Macarıstan sərhədində gizli tunellər aşkarlandı

 

  Serbiya-Macarıstan sərhədində gizli tunellər aşkarlanıb.

  Bu tunellər miqrantların Macarıstan sərhədini gizlicə keçməsi üçün istifadə olunurmuş. Tunellər sərhədlərdə inşa olunmuş dəmir barmaqlıqların altından keçirdi.

  Tunellərdən biri Macarıstanın cənubunda yerləşən və Serbiya ilə həmsərhəd Asottalom kəndindədir. Buradan keçmək istəyən 44 miqrant həbs olunub. Digər tunel isə Macarıstanın Çikeriya kəndinə doğru qazılıb.

  Serbiya Miqrasiya Xidmətinin məlumatına əsasən, son aylarda Macarıstana qanunsuz yollarla keçənlərin sayı artıb.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr