Liviyadakı Milli Razılaşma Hökuməti qüvvələri paytaxt Tripolinin cənubunda Hafter mövqələrini vurdu

Liviyadakı Milli Razılaşma Hökumətinə bağlı hərbi hissələr paytaxt Tripolinin cənubundakı  Xəlifə Hafterə məxsus mövqelərə  hücum edib.

1314972

Milli Razılaşma Hökumətinə bağlı hərbi hissələrin sözçüsü Məhəmməd Kanunu verdiyi açıqlamada Tripolinin cənubundakı Hallatat bölgəsinə edilən əməliyyatra Hafter qüvvələrindən 5 nəfərin saxlanıldığını və 3 silahlı maşının ələ keçirildiyini bildirib.

Kanunu əməliyyat çərçivəsində Hafter qüvvələrinə məxsus mövqelərin ağır silahlarla vurulduğunu qeyd edib.

Liviyanın şərqindəki silahlı qüvvələrin lideri general Hafter paytaxt Tripolini ələ keçirmək üçün aprəlin 4-də hücum üçün göstəriş vermiş, bunun nəticəsində beynəlxalq qanuniliyi olan Milli Razılaşma Hökumətinə bağlı hissələri də Burkan əl-Gadab əməliyyatını başlatmışdı.

BMT-nin məlumatına görə, Liviyada aprel ayından bəridir davam edən toqquşmalarda mindən çox insan həyatını itirdi, 5 mindən artıq insan xəsarət aldı.

Әlaqәli Xәbәrlәr