Separatçı qruplaşmaların törәtdiyi hücum nәticәsindә 19 nәfәr hәlak oldu

Konqo Demokratik Respublikasının  şərqindəki Beni şəhərinin Oicha bölgəsinə uqandalı  separatçı qruplaşmalarının törәtdiyi hücum nәticәsindә 19 nәfәr hәlak olub.

1313841
Separatçı qruplaşmaların törәtdiyi hücum nәticәsindә 19 nәfәr hәlak oldu

 

 

Konqo Demokratik Respublikasının  şərqindəki Beni şəhərinin Oicha bölgəsinə uqandalı  separatçı qruplaşmalarının törәtdiyi hücum nәticәsindә 19 nәfәr hәlak olub.

Yerli media orqanlarının yaydığı mәlumata görә, Birlәşmiş Millәtlәr Tәşkilatının sülh missiyasının bazası ilә әlaqәdar  keçirilәn etiraz aksiyalarından iki gün sonra separatçılar Maleki bölgәsindәki mülki vәtәndaşlara silahlarla hücum etdilәr.

Hücum nәticәsindә azı 19 mülki vәtәndaşın hәlak olduğu bildirilir.

Konqo Demokratik Respublikasının  tәhlükәsizlik qüvvәlәri vә BMT-nin sülh missiyası koordinasiyalı şәkildә bölgәyә cәlb olunub.

Qeyd edәk ki, separatçı  qruplaşmaların bölgәyә bir neçә gün әvvәl tәşkil etdiyi hücum nәticәsindә 8 nәfәr hәlak olmuşdu. Bu hadisәdәn sonra Beni şәhәrindә etiraz aksiyaları keçirilmişdi. Mәlumata әsasәn, bәzi aksiyaçılar Beni şәhәrindәki bәlәdiyyә binalarını yandırmışdı. Bәzi aksiyaçılar isә Birlәşmiş Millәtlәr Tәşkilatının sülh missiyasının bazasına hücum etmişdi. Tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә 4 nәfәr hәlak olmuşdu.

Konqo ordusu noyabrın 1-dә ölkәnin şәrqindәki uqandalı separatçı qruplaşmalar da daxil olmaqla  bölgәdәki bütün silahlı qruplaşmalar vә üsyançılara qarşı әmәliyyat keçirmişdi. BMT hәrbçilәri әmәliyyatda iştirak etmәmişdi.



Әlaqәli Xәbәrlәr