Qəzzada "Böyük qayıdış yürüşü" adı ilə keçirilən nümayişlər təxirə salındı

Qəzzada Böyük qayıdış yürüşü və mühasirəyə son qoyma üzrə komitə noyabrın 29-na planlaşdırılan nümayişlərin təhlükəsizlik səbəblərinə görə təxirə salındığını açıqlayıb.

1313932

Komətinin açıqlamasında bildirilib ki, təhlükəsizliklə bağlı yaranan hadisələr və İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzaya istiqamətli geniştərkibli hücum təhdidlərinə görə cümə günü keçirilməsi planlaşdırılan nümayişlərin təxirə salınmasına qərar verildi.

Sözügedən qərarın İsrailin siyasi mənfəətlər əldə etməyin bahasına Fələstin xalqını yalnız buraşma təşəbbüslərini puça çıxarmaq məqsədilə alındığı ifadə edilərək, düşmənlə müharibənin qanuni haqlar geri qaytarılanadək davam edəcəyi vurğulanıb.

Qəyd edək ki, Netanyahu noyabrın 27-də Qəzzaya yeni hücum ediləcəyi barədə təhdid etmişdi.

Fələstinlilər Qəzza zolağının şərqindəki İsrail sərhədində 30 mart 2018-ci ildən bəridir hər cümə “Böjyük qayıdış yürüşü” adı altında sülhməqsədli nümayişlər keçirir.

Әlaqәli Xәbәrlәr