Benin hökuməti geri addım atmadı

Hökumət O.Netteyə “dövlətin daxili məsələlərə çox müdaxilə etdiyi” və “vəzifəsindən kənar işlərə qarışdığı” maddələrilə 1 dekabra qədər ölkəni tərk etməsi üçün müddət verdi.

1314106
Benin hökuməti geri addım atmadı

 

  Afrika ölkəsi Benin hökumətin daxili işlərinə müdaxilə etməkdə təqsirləndirilən Avropa İttifaqının Kotonu səfiri Oliver Netteni “ölkədə istənməyən adam” elan etdi.

  Hökumət O.Netteyə “dövlətin daxili məsələlərə çox müdaxilə etdiyi” və “vəzifəsindən kənar işlərə qarışdığı” maddələrilə 1 dekabra qədər ölkəni tərk etməsi üçün müddət verdi.

  Benin Xarici İşlər Nazirliyi qeyd edib ki, neçə dəfə xəbərdar edilməsinə baxmayaraq Oliver Nette ölkənin daxili işlərə müdaxilədə israrçı davranıb və Brüssel mövqelərinin arxasına sığınıb.

  Avropa İttifaqı səlahiyyətliləri qərarın geri alınması üçün Benin hökumətilə danışsalar da, geri addım atılmayıb.

  Qeyd edək ki, Qərbi Afrika İqtisadi və Pul Vahidi Birliyi (UEMOA) üzvlərindən olan Beninin ölkə prezidenti Patrise Talon (Patrice Talon) iki həftə əvvəl etdiyi şərhdə “müstəmləkə pulu” adlandırdığı CFA frankından yeni pul vahidi "eco"ya keçəcək Qərbi Afrika ölkələrinin Fransa Mərkəzi Bankında olan pul ehtiyatlarını da qısa zamanda geri çəkəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr