Kolumbiyada davam edən etiraz aksiyalarında ölənlərin sayı artır

Kolumbiyada ümumi tətil aksiyaları ilə başlayan nümayişlərdə ölənlərin sayı 4-ə çatdı.

1313165
Kolumbiyada davam edən etiraz aksiyalarında ölənlərin sayı artır

Noyabrın 21-də hökumətin əmək haqqı və pensiyalara dəyişiklik qərarına etiraz məqsədiylə ölkədə ümumi tətil elan edildikdən sonra başlayan və hökumət rəhbərliyinin dialoq çağırışlarına baxmayaraq paytaxt Boqota və digər şəhərlərdə davam edən nümayişlərdə həyatını itirənlərin sayı artmaqda davam edir.

Həmkarlar ittifaqlarından başqa tələbələrin də iştirakı ilə təşkil edilən aksiyalara polis müdaxiləsi nəticəsində 4 nəfər həyatını itirib. 18-i ağır olmaqla çox sayda aksiyaçı yaralanıb.

Digər tərəfdən ölkədəki hökumət əleyhinə etirazlarda maskalı şəxslərin atdığı partlayıcının dəyməsi nəticəsində bir polis işçisi ağır yaralanıb, 2 nəfər saxlanılıb.

Dövlət başçısı İvan Duquenin mili dialoq çağırışı ilə Prezident Sarayı Casa de Narinoda bir araya gələn nümayişçi qrupların nümayəndələri görüşdən sonra ölkədə təkrar ümumi tətil olacağını açıqlayıblar.

Dövlət başçısı Duque verdiyi açıqlamada hökumətin xalqı dinlədiyini, aralarında əlavə verginin azaldılması, pensiya və sosial yardımların artırılması kimi maddələrin olduğu bir sıra iqtisadi yardım paketinin həyata keçiriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr