Boliviya 11 ildən sonra ABŞ-a səfir təyin etdi

Boliviyada dövlət başcisi Evo Moralesin ordunun və müxalifətin təzyiqilə istefa verməsindən sonra vəzifəsini icraya başlayan müvəqqəti hökumət 11 ildən sonra ölkənin ABŞ-a səfirini təyin edib.

1313229
Boliviya 11 ildən sonra ABŞ-a səfir təyin etdi

Boliviyada dövlət başcısı Evo Moralesin ordunun və müxalifətin təzyiqilə istefa verməsindən sonra vəzifəsini icraya başlayan müvəqqəti hökumət 11 ildən sonra ölkənin ABŞ-a səfirini təyin edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi "twitter" səhifəsində məlumat yayıb.

"Xarici işlər naziri Karen Lonqarik Uolter Oskar Serrateni ABŞ-dakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edib", - deyə məlumatda qeyd olunub.

İndiyədək Serrate Boliviyanın BMT yanında daimi nümayəndəsi olub.

Qeyd edək ki, 2008-ci ildə keçmiş Boliviya prezidenti Evo Morales ABŞ-ın La-Pasdakı səfirini "arzuolunmaş şəxs" elan edərək, onu müxalifəti maliyyələşdirməkdə və iğtişaşları dəstəkləməkdə günahlandırıb. Bundan qısa müddət sonra ABŞ-ın keçmiş prezidenti Corc Buş rəhbərliyi bunun qarşısında Boliviya səfirini Vaşinqtondan göndərib.



Әlaqәli Xәbәrlәr