Rumıniya prezidenti yenidən prezident oldu

Ayın 24-ündə keçirilən ikinci turda da Milli Liberal Partiyadan (PNL) namizəd Klaus İohannis və İctimai Demokrat Partiyadan (PSD) namizəd Viorika Dansila (Viorica Dancila) mübarizə apardılar.

1311656
Rumıniya prezidenti yenidən prezident oldu

 

  Rumıniyada keçirilən prezident seçkisini hazırki ölkə başçısı Klaus İohannis qazandı.

  10 noyabrda olan seçkinin ilkin mərhələsində heç bir namizəd 50 + 1 faiz nisbətində səs əldə edə bilməmişdi: İohannis 37,82, Dansila isə 22,26 faiz səs toplamışdı.

  Ayın 24-ündə keçirilən ikinci turda da Milli Liberal Partiyadan (PNL) namizəd Klaus İohannis və Sosial Demokrat Partiyadan (PSD) namizəd Viorika Dansila (Viorica Dancila) mübarizə apardılar.

  Təxminən 18 milyon seçicinin olduğu Rumıniyada 9 milyondan çox vətəndaş səsvermədə iştirak etdi.

  Mərkəzi Seçki Komitəsi (BEC) tərəfindən açıqlanan nəticələrə görə, K.İohannis 66,5, rəqibi Dansila isə 33,5 faiz səs qazandı. 

  Seçki zəfərilə bağlı etdiyi çıxışında prezident Klaus İohannis bunları söyləyib: "Avropalı müasir Rumıniya qazandı. Bu zəfərdən sonra bizi çox işlər gözləyir."



Әlaqәli Xәbәrlәr