Nümayişlərə davam edən “sarı jiletlilər” hərəkatı 54-cü həftəsində

Nümayişlər, paytaxtdan başqa, ölkənin müxtəlif şəhərlərində də təşkil edilib.

1311303
Nümayişlərə davam edən “sarı jiletlilər” hərəkatı 54-cü həftəsində

 

  Fransada “sarı jiletlilər” ölkə başçısı Emmanuel Makron hökumətinə qarşı səslərini bir dəfə daha eşitdirmək üçün küçələrə çıxıblar.

  Yanacaq qiymətlərinin artması və pis iqtisadi şərtlərə reaksiya olaraq başlayan, daha sonra Makron rəhbərliyinə qarşı nümayişlərə çevrilən “sarı jiletlilər”in hərəkatı 54-cü həftəsinə girib.

  Nümayişçilər paytaxt Parisin Estien-deOrv (Estienne-d'Orves) meydanından Feliks Ebue (Felix Eboue) meydanına qədər yürüyüblər.

  Valensyendə (Valenciennes) isə ötən həftə Paris nümayişində polisin özünü müdafiə edən silahları ucbatından gözünü itirən etirazçıya dəstək aksiyası keçirilib.

  Nümayişlər, paytaxtdan başqa, ölkənin müxtəlif şəhərlərində də təşkil edilib.

  Polis paytaxtın ən mühüm yerlərindən olan Yelisey meydanı (Champs-Elysees), parlament binası, Yelisey (Elysee) sarayı və apreldə çıxan yanğında böyük ziyan görən Notr-Dam kilsəsi ətrafında nümayişlərin keçilməsinə qadağa qoyub.

  Xatırladaq ki, keçən həftə “sarı jiletlilər”in Paris hərəkatında polislə nümayişçilər arasında gərginlik yaşanmış, etirazçılar zibil bidonu, çox sayda motosiklet və maşını yandırmış, bir çox bankın şüşəsini qırmış, xilasetmə qruplarının işlərinə maneə törətmişdilər. Polis də etirazçılara bibər qazı sıxmışdı.

  Nümayiş zamanı bir polisin istifadə etdiyi müdafiəetmə silahı ucbatından gözünü itirən adamla bağlı isə Paris Prokurorluğu istintaqa başlayıb.

  Qeyd edək ki, 17 noyabr 2018-ci ildə başlayan “sarı jiletlilər” hərəkatının davam etdiyi 1 il boyu 11 nəfər həyatını itirib, 4250-dən çox adam yaralanıb, 12.361-dən çoxu nəzarətə alınıb və 3163 etirazçıya həbs cəzası verilib.



Әlaqәli Xәbәrlәr