Vladimir Putin NATO vә ABŞ-ın hәrbi fәaliyyәtlәrini qiymәtlәndirib

Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edәn prezident Vladimir  Putin NATO və Amerika Birləşmiş Ştatlarının hərbi fəaliyyətlərini qiymәtlәndirib.

1310949

Vladimir Putin bildirib ki, Amerika Birlәşmiş Ştatları Orta Mәnzilli Nüvә sazişindәn (İNF) çıxaraq silahlara nәzarәt mexanizminә zәrbә vurub.

Vladimir Putin NATO-nun Rusiya sәrhәdlәri yaxınlığındakı hәrbi-siyasi infrastrukturunu güclәndirdiyini qeyd edib.

‘‘NATO-nun hәrbi sahәdә kosmosu istifadә etmә cәhdlәrinә görә narahatıq. Beynəlxalq sahәdәki dəyişiklikləri təhlil edәrәk  әldә edilәn nәticәlәr istiqamәtindә hәrbi sahәdәki potensialımızı inkişaf etdirmək bizim üçün önәmlidir",-deyә Rusiya prezidenti vurğulayıb.

Qeyd edәk ki, NATO-nun baş katibi Yens Stoltenberq çәrşәmbә günü verdiyi açıqlamada deyib ki, kosmosun hava, quru vә siber ilә yanaşı, yeni fәaliyyәt sahәsi olmasına qәrar verdik.

Әlaqәli Xәbәrlәr