Kuala Lumpur Sammitinə 18 dekabrda start veriləcək
2019-da keçiriləcək Kuala Lumpur sammitində Türkiyə də daxil olmaqla 5 ölkə aparıcı rol oynayacaq. Bunu Malayziya baş naziri Mahathir Məhəmməd deyib.

Baş nazir Mahathir Mohammed, 18-21 Dekabrda paytaxt Kuala Lumpurda keçiriləcək zirvə toplantısının təqdimat mərasimində sammitin məzmunu və iştirak edən ölkələr haqqında məlumat verib.
Sammiti müsəlman dünyasının problemlərini müzakirə etmək və onlara həll yolu axtarmaq üçün atılan ilk addım olaraq xarekterizə edən Baş naziri Mahathir : “Müsəlmanların bu təşəbbüsü dəstəkləməsini istəyir və dünyaya atılacaq bu addımla əhəmiyyətli mesaja çatdılıracağına inanıram. zirvə toplantısında "Milli Suverenliyə Çıxışda İnkişafın Rolu" mövzusu müzakirə ediləcək. Malayziya ilə ortaq qayğıları və problemləri olan ölkələrdən Türkiyə, Pakistan, Qətər və İndoneziya sammitin əsas iştirakçıları arasında olacaq. Sammit İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlara alternativ olaraq qəbul edilməməlidir. Bu kiçik bir təşəbbüs hesab edilir. İslam Əməkdaşlıq Təşkilatı çox böyük bir təşkilatdır.”-deyə Baş naziri Mahathir Mohammed vurğulayıb.