İtaliyada fişəng fabrikində partlayış, ölən və xəsarət alanlar var

Bu barədə “Rainews24” telekanalı xəbər verib.

1310337
İtaliyada fişəng fabrikində partlayış, ölən və xəsarət alanlar var

İtaliyanın Siciliya adasında pirotexnika anbarında baş vermiş partlayış nəticəsində beş  nəfər ölüb, iki nəfər yaralanıb. Məlumata görə, bu barədə “Rainews24” telekanalı xəbər verib.

İnsident Messina əyalətinin Barçellona-Potstso-di-Qotto yaşayış məntəqəsində baş verib. Anbar fişəng istehsalı ilə məşğul olan özəl şirkətə məxsusdur.

Ölənlər arasında şirkət sahibinin 71 yaşlı arvadı, yaralılar arasında isə onun oğlunun olduğu qeyd edilir. 

Hadisənin təfərrüatları aydınlaşdırılır.



Әlaqәli Xәbәrlәr