Dünyada azadlıqdan məhrum edilən uşaqların sayının 7 milyona yaxın olduğu açıqlanıb

Bu, BMT-nin apardığı araşdırma nəticəsində məlum olub.

1310018
Dünyada azadlıqdan məhrum edilən uşaqların sayının 7 milyona yaxın olduğu açıqlanıb

BMT-nin araşdırmalarına görə, dünyada azadlıqdan məhrum edilən uşaqların sayı 7 milyona yaxındır.

“Azadlıqdan məhrum edilmiş uşaqlara dair qlobal BMT araşdırması“ adlı hesabatda bildrilib ki, dünyada hər il 410 min həddi-buluğa çatmamış uşaq həbs olunur. Bir milyon uşağ isə polis tərəfindən saxlanılır.

BMT hesabatı avstriyalı insan haqları eksperti Manfred Novakın rəhbərliyi ilə hazırlanıb. və Dünya Uşaq Hüquqları və Konvensiyası Günü münasibətilə dərc olunub.

Hesabata görə, hazırda dünyada 330 min oğlan və qız miqrant kimi müxtəlif saxlanma müəssisələrində yaşayır. Müxtəlif növ müəssisələrdə 5,4 milyon uşaq saxlanılır ki, burada da onların azadlıqları məhdudlaşdırılır, 35 min uşaq isə silahlı münaqişələrdə terror təşkilatları və ya qiyamçı dəstələr tərəfindən istismar olunur. Milli təhlükəsizlik və terroria qarşı qanunvericilik əsasında, hazırda dünyada 1500-dən artıq uşaq həbsdədir. Törətdiyi cinayətə görə hansısa cəzaçəkmə müəssisəsində cəzasını çəkən valideynləri ilə birlikdə yaşayan və bununla da heç bir günahı olmadan azadlığı məhdudlaşan uşaqların sayının isə 19 min nəfər olduğu qeyd edilib.



Әlaqәli Xәbәrlәr