İsrailin Suriyaya hava hücumu

İsrail ordusu Suriyanın müxtəlif bölglərində yerləşdirilmiş İran və Suriya ordusuna məxsus onlarla hərbi hədəfin döyüş təyyərələrilə vurulduğunu bildirib.

1309357
İsrailin Suriyaya hava hücumu

İsrail ordusu Suriyanın müxtəlif bölglərində yerləşdirilmiş İran və Suriya ordusuna məxsus onlarla hərbi hədəfin döyüş təyyərələrilə vurulduğunu bildirib.

İsrail Ordusunun sözçüsü Avichay Adrae sosial şəbəkədə yaydığı məlumatda İsrail ordusuna məxsus  döyüş təyyarələrinin Suriya ordusu və ölkədə yerləşdirilmiş İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı Qüds gücünün onlarla hərbi hədəfini vurduğunu qeyd edib.

Adrae döyüş təyyarələrinin quru-hava raket səkiləri, hərbi komandanlıqlar, hərbi bazalar və silah anbarlarını vurduğunu bildirərək, sözügedən hava hücumlarının noyabrın 19-da Suriyadan İsrail bölgələrinə atılan rakətlərə cavab olaraq həyata keçirildiyi deyib.

Digər tərəfdən Suriyanın rəsmi xəbər agentliyi “SANA” isə, İsrailə məxsus qırıcıların paytaxt Dəməşq ətrafındakı bəzi nöqtələri hədəfə aldığını bildirərək, Suriyaya məxsus hava müdafiə sistemlərinin işa daxil olduğunu və şiddətli hücumu geri oturtduğunu irəli sürüb.

Xəbərdə İsrail döyüş təyyarələrinə cavab verildiyi bildirilərək “düşmən” hücumlarının səbəb olduğu xəsəratın müəyyən edilməsi üçün fəaliyyətlərin davam etdiyi bildirilib.  



Әlaqәli Xәbәrlәr