İsrail qüvvələri 2019-cu ilin ilk on ayında 745 fələstinli uşağı saxlayıb

Fələstin Əsirlər Cəmiyətinin “20 Noyabr – Dünya Uşaq Hüquqları və Konvensiyası Günü” olması münasibətilə yaydığı hesabda İsrail həbsxanalarında 200-dən çox fələstinli uşaq olduğu bildirilib.

1309723

İsrail qüvvələrinin 2019-cu ilin əvvəlindən bəridir oktyabr ayının axırınadək 18 yaşdan aşağı 745 fələstin uşağı saxladığı qeyd edilən hesabatda bu uşaqların təhsili başda olmaqla ailələrinin görmələrinə icazə verilməməsi və müalicələri üçün ehtiyacları olan dərmanların verilməməsi kimi bir sıra haqlarının pozuntularına məruz qaldıqları ifadə edilib.

Rəsmi Tel Əvivin 2015-ci ildə fələstinli uşaqlarla əlaqədar cəzalar əhatə edən bir sıra qanun layihəsini qanunlaşdırdığı vurğulanan hesabatda İsrail qüvvələrinin 2015-ci ildən bəridir saxlanılan bəzi uşaqlara birbaşa atəş açdığı, həqarət etdiyi və yaxud da təzyiq, təhdid və zorakılıq tətbiq etdiyi qeyd edilib.

Hesabatda ayrıca BMT Uşaqlara Yardım Fondu (UNİCEF) başda olmaqla beynəlxalq təşkilatlara “Fələstinli uşaqların qorunması üçün daha çox cəhd göstərilməsi” çağırışı edilib.

Әlaqәli Xәbәrlәr