Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində 2 ABŞ hərbçisi ölüb

Qəzanın dəqiq səbəbləri istintaqdan sonra müəyyən ediləcək.

1309296
Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində 2 ABŞ hərbçisi ölüb

Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində 2 ABŞ hərbçisinin öldüyü bildirilib.

NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının açıqlamasında qəzanın dəqiq səbəblərinin istintaqdan sonra müəyyən ediləcəyi, lakin ilkin məlumata görə, helikopterin qəzaya uğramasına düşmən atəşinin səbəb olması barədə heç bir dəlil olmadığı qeyd edilib.

Qəzənın  baş verdiyi yer və həlak olanların şəxsiyyətləri barədə məlumat verilməyib.

Talibanın açıqlamasında isə, ABŞ helikopterinin Loqar vilayətinin Çarh qəsəbəsində silahlılar tərəfindən düşürüldüyü iddia edilib.



Әlaqәli Xәbәrlәr