Almaniyanın keçmiş prezidentinin oğlu öldürüldü

Almaniyanın sabiq prezidentlərindən Richard von Weizsaeckerin oğlu Fritz von Weizsaecker bıçaqlanaraq öldürüldü.

1309358
Almaniyanın keçmiş prezidentinin oğlu öldürüldü

Berlin polis idarəsindən yayılan açıqlamada Fritz von Weizsaeckerin Schlosspark klinikasında keçirilən bir konfransda çıxış etdiyi əsnada biçaqlanaraq öldürüldüyü bildirilib. Hadisəyə müdaxilə etməyə cəhd edən bir nəfər də yaralanıb. İnsidenti törədən cinayətkar tutulub.

Bildirilib ki, Schlosspark klinikasında həkim işləyən Fritz von Weizsaecker 1984-1994 illərdə Almaniya prezidenti olan Richard von Weizsaecker-in oğlu idi.



Әlaqәli Xәbәrlәr