Paris yenidən aksiyalara səhnə oldu

Bu gün Fransanın paytaxtı Paris başda olmaqla müxtəlif şəhərlərdə “sarı jiletlilər”in etiraz aksiyaları zamanı 263 nəfər saxlanıb.

1308045
Paris yenidən aksiyalara səhnə oldu

Bu barədə polis rəsmisi Didye Lalman açıqlama verib. Bu gün Parisdə eyni anda “sarı jiletlilər” hərəkatının 1-ci ildönümünə həsr edilən bir neçə aksiya keçirilir. Aksiya iştirakçıları barrikadalar düzəldir, polis əməkdaşları ilə toqquşmaya girir. Polis isə cavab olaraq bir neçə dəfə gözyaşardıcı qazdan istifadə edib. Nəticədə bir neçə etirazçı huşunu belə itirib. Bundan sonra isə etirazçılar polisə hücum ediblər. Xatırladaq ki, bu gün səhər saatlarında təkcə Parisdə saxlananların sayının 173 nəfərə çatdığı barədə məlumat yayılıb.

Qeyd edək ki, məlum etiraz aksiyalar yanacağa tətbiq edilən vergi və benzinin qiymətinin qaldırılmaması tələbilə başlayıb.

 



Әlaqәli Xәbәrlәr