Boliviyada etiraz aksiyalarında həlak olanların sayı artır

Xarici KİV-lərdə yazılan xəbərlərə görə...

1307746
Boliviyada etiraz aksiyalarında həlak olanların sayı artır

 

  Boliviyada etiraz aksiyalarının başladığı vaxtdan indiyədək azı 23 nəfər həlak olub, 715 adamsa yaralanıb.

  Xarici KİV-lərdə yazılan xəbərlərə görə, təkcə 16 noyabrda polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 9 nəfər həyatını itirib, 122 nümayişçi isə xəsarət alıb. Bu barədə məlumat Amerika Dövlətləri Təşkilatı İnsan Haqqları Komissiyası tərəfindən yayılıb.

  Xatırladaq ki, Koçabamba şəhərində güc strukturları ilə sabiq prezident Evo Moralesin tərəfdarları arasında qarşıdurma noyabrın 15-ində yaşanıb və təxminən 170 nəfər saxlanılıb.

  Hakimiyyət orqanlarının məlumatına əsasən, nümayişçilərdən odlu silah və partlayıcı maddələr götürülüb.

  Qeyd edək ki, Boliviyada iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları oktyabrın 20-də keçirilmiş prezident seçkilərinin nəticələri elan edildikdən sonra başlayıb. Ordunun tələbi ilə postunu tərk edən Evo Morales noyabrın 12-də ona siyasi sığınacaq verən Meksikaya gedib. Elə həmin gün Boliviya parlamentinin senatorlar palatasının ikinci vitse-spikeri Janin Anyes prezidentin səlahiyyətlərini üzərinə götürdüyünü elan edib.

 



Әlaqәli Xәbәrlәr