“Sarı jiletlilər”in 1 illiyi 53-cü mitinqlə davam etməkdədir

Fransada “sarı jiletlilər”in 53-cü etiraz mitinqi

1307603
“Sarı jiletlilər”in 1 illiyi 53-cü mitinqlə davam etməkdədir

 

  Fransada “sarı jiletlilər” etiraz aksiyasının başlamasının bir illiyi ilə bağlı nümayiş keçirilir.

  53-cü həftədir etiraz aksiyası təşkil edən “sarı jiletlilər” nümayişçiləri Parisdə Yelisey prospektinə toplaşmağa çağırıblar.

  Yelisey prospektinə girişlər nəzarət altına alınıb. 16 noyabr səhər saatlarından bu istiqamətdə 24 nəfər dindirilib və 1000-ə qədər ilkin yoxlama aparılıb.

  Səhər saat 7-dən Parisdə 23 metro stansiyası bağlanıb. Paytaxtın İtaliya meydanında polislə insident qeydə alınıb.

  Ölkə üzrə həftə sonunda 270 aksiya keçiriləcəyi nəzərdə tutulub. Lill, Lion, Marsel, Bordo, Nant və Tuluz kimi böyük şəhərlərdə də səhər saatlarından nümayişçilər mərkəzi küçələrə toplaşıblar.



Әlaqәli Xәbәrlәr