Yens Stoltenberq: "Türkiyənin terrorla mübarizədəki rolu böyük əhəmiyyət daşıyır"

NATO-nun baş katibi Yens Stoltenberq dəyərli bir müttəfiq olan Türkiyənin terrorla mübarizədəki rolunun əhəmiyyətli olduğunu bildirdi.

1306813

Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüş keçirən Stoltenberq daha sonra jurnalistlərə verdiyi açıqlamasında DEAŞ-ın terrorçubaşı Əbubəkir Əl Bağdadinin öldürülməsinə görə ABŞ-ı təbrik edərək deyib: “Bu, beynəlxalq terrorla mübarizədə çox əhəmiyyətli addımdır”.

Suriyanın şimalındakı böhranla əlaqədar siyasi həllin vacibliyini dilə gətirən Stoltenberq bildirib ki, Türkiyənin ən çox terror aktlarına məruz qalan və 3,6 milyon suriyalı qaçqına ev sahibliyi edən müttəfiqimiz olduğunu qəbul etməliyik. Düzdür Türkiyənin Suriyanın şimalındakı mövcudluğuna dair müxtəlif düşüncələr  var, amma həmin zamanda Türkiyə qiymətli bir müttəfiqdir və terrorla mübarizədəki rolü əhəmiyyət daşıyır.

Stoltenberq Türkiyə ilə ABŞ arasında “Patriot” zenit-raket kompleksləri də daxil olmaqla müdafiə sistemləri barədə davam edən danışıqları məmnuniyyətlə qarşıladıqlarını da dilə gətirib.

Әlaqәli Xәbәrlәr